Sürücülük vəsiqəsi almaq

Sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək istəyən hər şəxsə verilə bilməz. Qaydalara görə, nəqliyyat vasitəsini idarə etmək istəyən şəxslər sağlamlıq kağızı almalı, təlimdə olmalı, imtahan verməli, bir sözlə, yalnız tələb olunan proseslərdən keçdikdən sonra sürücülük vəsiqəsini ala bilər. Elə şəxslər də var ki, onlar, ümumiyyətlə, maşın idarə edə bilməzlər.

Hüquqşünas Vüqar Səfərlinin bildirdiyinə görə, heç də hər kəs sürücü ola bilməz: “Məhkəmə qaydasında fəaliyyət qabiliyyətinin olmadığı təsdiqlənən şəxslər, ümumiyyətlə, avtomobil idarə edə bilməz. Sürücülük vəsiqəsinin verilməsi yaş həddinə çatmayanlar da sürücülük vəsiqəsi ala bilməz. Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxslərsə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir”.
Davamı →

Sükan arxasında qorxunu necə dəf edək?

İlk dəfə sükan arxasında əyləşən hər bir kəs qorxu hissi keçirir. Düşünür ki, idarəetməni itirəcək və qəza edəcək. Bir az qorxu yolda daha diqqətli olmağa vadar edir. Lakin qorxu bizə idarəetmədə maneçilik törədirmi? 

Qorxunun yaranma səbəbləri
 Psixoloqlar iddia edir ki, əgər səbəbini aydınlaşdıra bilsək, istənilən qorxunu aradan qaldırmaq olar. Sən şəhər yollarında hərəkət edərkən yolda heç bir işıqfor və yol işarələrini görmürsənsə, o zaman daha təcrübəli sürücülərlə dəfələrlə məşq etməlisən.
Davamı →

Qışda avtomobillərə necə qulluq etməli?

Qış mövsümünün gəlişi ilə şaxtalı-qarlı hava şəraiti sürücülər üçün müəyyən çətinliklər yaradır. Avtomobilin qış mövsümünə hazırlıqlı olmaması isə həm sürücülərin büdcəsinə təsir edir, həm də yollarda təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Bunun qarşısını almaq üçün öncədən tədbir görmək daha yaxşı olar. Bəs qış mövsümündə avtomobillərə necə qulluq olunmalıdır? Nələrə diqqət etmək lazımdır? Bu və digər suallara cavab tapmaq üçün paytaxtın avtomobil servis mərkəzlərindən birinə üz tutduq.
Davamı →

Qarda avtomobili necə idarə etməli?

Avtomobil sürücülərinə idarəetmədə çətinlik yaradan qarlı və buzlu yollar bir çox hallarda qəzaların baş verməsinə səbəb olur. Buz bağlamış yollarda adətən sürücülər əyləc məsafəsinin uzanması səbəbindən yol manevrlərini yerinə yetirə bilmirlər. Nəticə olaraq bu cür hava şəraitində zəncirvari qəzaların durmadan artmasının şahidi oluruq.

Avtoidarəetmə üzrə türkiyəli mütəxəssis Onur Akçayın sürücülər üçün faydalı sayıla biləcək tapşırıqlarını təqdim edirik.
Davamı →

Parlaq günəş işığında avtomobili necə idarə etməli?

Parlaq günəş işığı həmişə köməkedici rol oynamır, hərdən düşmənə belə çevrilə bilir. Avtomobili idarə edərkən günəş işığı və ya qarşıdan gələn avtomobilin fara işıqları sürücünü kor edə bilər.

Belə hallarda yorğunluq artır və bəzi vacib şeyləri nəzərdən qaçırmaq olar: işıqforun işığını seçə bilməmək, yoldakı çuxuru görməmək, yol nişanını görməmək və s. Statistikaya görə, Böyük Britaniyada parlaq günəş işığının səbəb olduğu qəzaların sayı, 2015-ci ildə ötən ilkinə nisbətən 12 faiz artmışdır, qəzaların böyük əksəriyyəti isə yerli əhəmiyyətli yollarda baş vermişdir.

Xüsusilə işıq sürücülərə yanvar ayının ikinci hissəsindən başlayaraq mane olur, belə ki, yollar qarlı olur, ağacların çətirləri günəş şüalarını keçirir, açıq səma isə şaxtalı və günəşli hava şəraiti vəd edir. Sezon aralıqlarında avtotransportun daha aktiv hərəkəti günəşin qürub və şəfəq vaxtlarına təsadüf edir ki, bu vaxtlarda günəş işıqları xüsusilə təhlükəlidir. Bu cür çətin şərtlərdə ən əsası — görmə qabiliyyətini saxlamaq və görünə bilməkdir.
Davamı →

Sahibini "bahalı" göstərən ucuz avtomobillər

5. 2003 Nissan Murano
Nissan Murano çox gözəl avtomobil modelidir. Böyük SUV, V6 mühərrikə malikdir. Eyni zamanda Murano aerodinamik idman tipli avtomobildir. Beş ulduzlu vuruşma testlərindən keçməyi bacarıb. Dörd ulduzlu rollover test balları ilə ən etibarlı avtomobillərdən sayılır. Azərbaycanda orta qiyməti 7000-8000 manatdır.

Davamı →

Avtomobil alanlara 8 məsləhət

Yeni avtomobil almağın sevinci alqı-satqı prosesində müştərilərə bəzən məqamları unutdurur. Bu hal daha sonra müştəri ilə avtomobil salonları arasında müəyyən problemlərə səbəb olur. Avtomobil ekspertləri bildirirlər ki, maşın alarkən bir sıra məqamlar var ki, onlara diqqət yetirilməlidir.

Avtomobili baha almamaq üçün məbləğ əvvəlcədən ödənilməlidir
Avtomobil eksperti Eldəniz Cəfərli bildirir ki, fevral ayı ərzində avtomobil almaq məqsədəuyğundur. Çünki yeni avtomobil modelləri adətən yaz aylarından etibarən satışa çıxır. Bu isə o deməkdir ki, yazda gətirilən maşınların qiyməti 5-7% bahalaşacaq. Ekspert hesab edir ki, yeni modelləri daha sərfəli qiymətə almaq istəyənlər sifariş üçün müqavilə bağlanan zaman avtomobilin dəyərini tam olaraq ödəməlidirlər. Məsələn, müştəri avtomobili 40 min manatlıq maşın üçün 1000 manat ödəyib sifariş edir. Məbləğin qalan hissəsini sifarişin yerinə yetirilməsindən sonraya saxlayır.
Davamı →

Avtomobillər haqda maraqlı məlumatlar

Bir düşünək, bu gün avtomobillər olmadan yaşaya bilərikmi? Əlbəttə ki, yox! Çünki onlar həyatımızın tərkib hissəsinə çevriliblər. Müasir insanın bir növ köməkçisinə çevrilmiş avtomobillərin də maraqlı tarixi və inkişaf mərhələsi olub.

Elə bu “köməkçi” haqqında bilməyimiz lazım olan bəzi maraqlı faktlar da var:
İlk avtomobillərdə dairəvi sükan olmayıb – sürücülər avtomobili rıçaqın köməyi ilə idarə edib.* Təhlükəsizlik yastığının sürəti bir saniyədə 5000 km/saata çatır. Təhlükəsizlik yastıqları elə hazırlanıb ki, toqquşmadan sonra 40 millisaniyə ərzində açılırlar.

Ferrari bir gündə 14 avtomobil istehsal edir. Beləliklə, hər gün 14 Ferrari superkarı işıq üzü görür!

Tata Nano dünyada ən ucuz avtomobildir. 2500 ABŞ dollarına.
Davamı →

Maşınınızın rəngi nəyi bildirir?

Qara rəngli avtomobil
Qara rəng «statusun» göstəricisidir, qara avtomobili adətən öz möhkəmliyini və yüksək səviyyəsini göstərməyə çalışanlar idarə edir. Amma çox vaxt bu rəng onların xasiyyətinə heç də uyğun gəlmir, ona görə ola bilər ki, dünya ilə nifaqda olan və ya diqqət və sevgidən məhrum olanlar bu avtomobilləri seçsin.

Ağ rəngli avtomobil
Ağ rəngi mühafizəkarlar və qanundan çıxmayan vətəndaşlar seçirlər. Qadınlar bu halda hesab edirlər ki, ağ avtomobildə onlar daha gənc görünürlər. Ağ rəng heç kimdə qıcıqlanmaya səbəb olmur, bundan başqa istilər zamanı belə maşın daha az qızır. Çox vaxt belə maşınları başqa seçim olmadığı halda seçirlər və sonra heç də məyus olmurlar.

Boz və gümüşü rəngli avtomobil
Praktiklərin və pedantların rəngi sayılır. Gümüşü avtomobillərin sahibləri öz qaydaları üzrə yaşayır və heç vaxt onları pozmurlar. Onlar maşını həmişə saz vəziyyətdə saxlayırlar, daim texniki baxışdan keçirlər. Boz rəngi həmçinin nəzərə çarpmaq istəməyən insanlar seçir ki, özlərini dünyadan gümüş qalxan ilə qorusunlar. Həm də gümüşü avtomobillərdə toz və ləkələr gözə çarpmır!
Davamı →

Sürücüsüz Mercedes-Benz


Yaxın zamanlarda küçələrdə sürücüsüz maşınlar görsəniz təccüblənməyin. Mercedes-Benz şirkəti ilk sürücüsüz avtomobilini təqdim edib.

ABŞ-ın Las Veqas şəhərində dünyanın ən böyük elektronik və texnolojiya sərgisi olan «Consumer Electronics Show (CES) 2015″ keçirilib.


Ardı →